16:34 03.08.2020 1475

Mamedovun "Azbuka"sı

Canni de Byazi ilə bağlı fikirlərim dəyişməyib. Sadəcə hadisələri öz axarına buraxmaq, hələ millini bir oyuna belə çıxarmayan italiyalı haqda əsaslı bədbinlikdən qaynaqlanan fikirlər səsləndirmək istəmirəm. Heç hamının bildiyi həqiqətləri dönə-dönə xatırlatmağı da bu gün üçün uyğun saymıram. Təbii, yığmanın uğur qazanması hər birimiz üçün olduqca önəmlidi. Söhbət mövzusu millidisə, hərdən ən yaxşısına ümid etmək, heç olmasa, müəyyən zaman dilimində seçməylə bağlı ilıq xəyallar qurmaq olar. Niyə də yox? Xəyallar neftin puluyla alınmır, onlara xalqın sərvətindən gələn gəlirdən ayrılan vəsaitlə yüzminlərlə əməkhaqqı verilmir.

İyulun 30-da AFFA ilə müqavilə bağlayan 64 yaşlı çalışdırıcının əvvəlki əcnəbilərdən daha yaxşı nəticə göstərməsi zər qanadlı arzudu. Hələ həqiqət anı yetişməyibsə, arzuların zəri tökülməyibsə, xoş sürprizlərdən dəm vurmaq bizim də haqqımızdı.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və ətrafındakıların quşu gözündən vurduğunu düşünmür, assosiasiyanın trollarının ictimaiyyətdə "AFFA ən doğru olanı edir" fikri yaratmağa çalışmasını alqışlamıram. Bunlar köhnə bülbüllərin qulaqları qıcıqlandıran yeni nəğmələridi. 

Məni dilə gətirən 2007-ci ildə AFFA-da baş katib qismində fəaliyyətə başlayan Elxan bəyin 13 il papağı günə yandırandan sonra milli futbolun "Azbuka"sını tapmasıdı. Yəni "Əlifba"sını, başqa sözlə, ibtidai pilləsini... Hərçənd "vəzir"dən danışırıqsa, "Azbuka" daha uğurlu yanaşmadı.  

Adam bu dəfə mentallığa qarşı çıxmadı. De Byazinin Azərbaycan türkcəsində dediyi "Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq" sözləri bütün azərbaycanlıların ürəyinə yağ kimi yayıldı. Mütəxəssisin böyük uğurlarla bağlı verdiyi vədi ciddiyə almağa məhkum deyilik. Amma işlədiyi ölkənin dilinə sayğı nümayiş etdirməyə razılaşması bu və buna bənzər kiçik məqamlarla ovunmağa öyrəncəli olan futbolsevərlər üçün çox şeydi. 

Hər şey hörmətdən, milli dəyərlərin yüksəkdə tutulmasından başlayır. Əmin olun ki, bunu 2008-ci ildə Berti Foqtsa başa salsaydılar, heç vaxt Aleksandr Çertoqanovu cinah yarımmüdafiəçisi mövqeyində sınamağa cəhd etməz, yerli futbol ictimaiyyətinə yuxarıdan aşağı baxmaz, özünü hamıdan ağıllı saymaz və medianın səbr kasası daşmış nümayəndələri tərəfindən aftafa ilə "mükafatlandırılmazdı". Yəqin ki, Foqtsun xələfi - Robert Prosineçki də belə məsələlərlə bağlı heç nə eşitməmişdi. Eşitsəydi, 2016-cı ilin aprel döyüşləri zamanı ailəsini götürüb Azərbaycandan qaçmazdı...

Mövzunu çox uzatsam, yenə bir ucu sərt tənqidə doğru dartınacaq. Ona görə də icraçı vitse prezidenti 13 ildən sonra tapdığı "Azbuka" münasibəti ilə təbrik etməklə kifayətlənirəm. Bu məsələni Mamedova başa salan, minnətçi düşüb "ne volnuytes, vsyo budet otliçno" söyləyən şəxsə isə təşəkkürümü çatdırıram. 

Nihat Ağasoy
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X