Millimizin sabiq qolkiperi Andrey Popoviçin klubu - mövsümün yekunlarına görə Ukrayna Premyer Liqasına vəsiqə qazanan "Minay" heyətinə yeni qapıçı qatıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub 2017/18 mövsümünü "Qarabağ"da keçirmiş Anton Kanibolotski ilə güclənib.
Qeyd edək ki, Kanibolotski son mövsümü "Karpatı"da keçirib və bu komandanın formasıyla cəmi 1 oyuna çıxaraq 4 qol buraxıb.
Fanat.Az