21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə iki yeni legioner dəvət edilib.
Fanat.Az "Report"a istinadən xəbər verir ki, bunlar Türkiyə "Başakşehir"ində çıxış edən Mert Çelik və "Alanyaspor"un oyunçusu Mustafa Yıldırımdır.
Mert Çelik ilk dəfə U-21-ə gələcək, Yıldırım isə daha əvvəl U-19-da oynayıb.
Milliyə dəvət olunmuş daha bir legioner Emre Kaplandır. Əvvəllər də U-21-ə çağırılmış Kaplan Çelikin "Başakşehir"də komanda yoldaşıdır. Bu klub 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
Fanat.Az