13:47 28.08.2020 1213

Cavadov: “Gürcülər milliyə gəlməyən futbolçunu vətən xaini elan edərlər”

Əmir Ağayevin məsələsindən sonra bütün diqqət yenidən yığmaya yönəldi. Bu dəfə də "milliləşdirilən” futbolçu ilə bağlı. Dmitri Nazarov koronavirus bəhanəsiylə yığmanın Millətlər Liqasındakı oyunlarına gəlməkdən imtina edib. O, dəvət aldığını, lakin bu səfərin riskli olduğunu, təhlükəsizliyin hər şeydən əvvəl gəldiyini bildirib. Bəli, 2014-dən bəri milli forma geyən futbolçu bu gün onun şərəfini qorumaqdan, turnirin ilk oyunlarında komandasına kömək etməkdən boyun qaçırır.

Məsələ ilə bağlı AFFA da açıqlama yayıb. Qurum Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün Nazarovun baş məşqçi Canni De Byaziyə müraciət etdiyini və qarşılıqlı razılıq əsasında toplanışında iştirak etməməsi barədə qərar qəbul olunduğunu açıqlayıb.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun məsələ ilə bağlı mövqeyi belə oldu: "Hər bir futbolçu millidə oynamağa can atmalıdı. Yığmada oynamaq, dəvət almaq onun üçün şərəf olmalıdı. Bu, çox vacib amildi. Onda biz istədiyimiz komandanı formalaşdıra bilərik. Nazarovun məsələsi Canni De Byazi ilə bağlıdı, onlar razılaşıblar. Söhbət necə olub, detallar necədi, bilmirəm. Amma dediyim kimi, millidə oynamaq hər kəs üçün vacib olmalıdı və hər bir futbolçu qürurla, fəxrlə yığmanın formasını geyməlidi”.

Novruz Əzimov isə günahı futbola rəhbərlik edənlərdə gördü: "Nazarovun dediyi şəxsi fikridi, amma onu axtarıb tapanlara, milliyə gətirənlərə bu sualı vermək lazımdı. Nazarov əvvəllər də bir neçə dəfə özünü yuxarıdan aparmışdı, kollektivə yaraşmayan hərəkətləri olmuşdu. İndi də gəlməkdən imtina edir. Sözsüz, milli bağlılıq, təəssübkeşlik yoxdu. Belə adamları "necə olur-olsun, gəlib millidə oynasın” deyərək gətirirlər. Ürəyi, canı ilə meydanda olmayan insan heç vaxt yığmaya lazım deyil. Futbol başbilənlərimiz bu yolu tutublar və elə bilirlər ki, düz olan budu. Azərbaycanlı futbolçu yetişdirmək lazımdı. 15 ildi ölkədə düz-əməlli futbolçu yetişmir. İstedadlı, heç olmasa, Rusiya premyer-liqasında oynayan futbolçu yetişdirə bilməmişik. İndi Rusiyada Kamran Əliyevlə Ayaz Quliyev oynayır, amma o uşaqlar elə oranın yetirməsidi. Bunlar futbolçu yetişdirmək haqda fikirləşmirlər, futbola ancaq biznes baxımından yanaşırlar. Bu məsələ ilə bağlı başqa bir söz deməyə ehtiyac yoxdu”.

Millinin sabiq futbolçusu Vaqif Cavadov da məlum məsələ ilə bağlı təəssüf hissi keçirir: "İndiyədək dəfələrlə demişəm ki, "milliləşdirilən” futbolçular lazım deyil. Bunun da bir sübutu elə Dmitri Nazarovdu. Millini fikirləşirsə, can atırsa, koronavirusu, hansısa xəstəliyi bəhanə edib gəlməməsi absurddu. Yığmada oynayırsansa, milli ruhun olmalıdı, vətəni sevməlisən, can atmalısan bu ölkəyə. Ölkə sənə maddi cəhətdən qapı açıb, bu bayrağın altında, millinin şərəfini qorumaq şansı verib. Sən isə deyirsən ki, mən danışmışam, koronavirusa görə gəlməyəcəm. Qalan milli üzvləri, başqa yığmalara gələn futbolçular elə deyə bilər? Gürcüstan millisinin futbolçusu elə cavab verə bilərmi ki, mən Almaniyada oynayıram, gələ bilmərəm? Həmin futbolçunu orda vətən xaini elan edərlər. Analoqu olmayan sözlərdi. Görün AFFA rəhbərliyi hansı futbolçulara üstünlük verir, kimlərə dəvət göndərir… Həmin futbolçular lazımdı, bizim bəzi yerli futbolçularımız isə yox? Sadəcə, milli komandanı, Azərbaycanı sevən futbolçuların qədrini bilmək lazımdı. Bilməliyik ki, hansı futbolçular gəlir və kimlər "yox, gələ bilmərəm” deyir. Ona görə də bizim futbolumuz bu gündədi”.

Cavadov Əmir Ağayevin "milliləşdirilməsi” ilə bağlı da fikirlərini bölüşdü: "Əmir Ağayev yaxşı futbolçudu, potensialı var, amma bilmirəm milliyə nə dərəcədə xeyir verə bilər. Onu yığmanın baş məşqçisi görüb, qiymət verməlidi. Şəxsi fikrim belədi ki, onun mövqeyində oynayan yerli futbolçular kifayət qədərdi”.

Mənbə: "Futbol+”
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

Facebookdan bizi izləməyi unutmayın.
X