Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın ehtiyat heyətində yer alan "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov yığmanın toplanışına dəvət olunub.
Qeyd edək ki, 2015-ci ildən əsas milliyə dəvət alan Namik Ələskərov indiyədək 16 oyunda forma geyinib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Fanat.Az