13:59 30.08.2020 1160

"Onu milliyə çağıranlar cavab versinlər"

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Kiprlə qarşılaşacaq.

Həmin oyunlar üçün yığmaya dəvət alan Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ersgebirge", Almaniya) koronavirus pandemiyasına görə milliyə gəlməkdən imtina etdilər.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş futbolçusu, uzun illər "Ağsu"nun baş məşqçisi olmuş Rüfət Quliyev milliləşdirilmiş oyunçuların yığmadan imtina etmələrinə münasibət bildirib:

"Milliyə dəvət alan oyunçulara baş məşqçi cavabdehdir. Canni De Byazi yenidir və ona uğurlar arzulayırıq. Baş məşqçi yeni olduğu üçün millimizə dəvət alan futbolçuları onun köməkçisi və ya digər şəxslərin seçməsi mümkündür. Həmişə istəmişik ki, millimiz uğurlar qazansın. Ancaq son zamanlar yığmanın nəticələri ürəkaçan deyil. Ümid edirik ki, Millətlər Liqasının qrupundan yığmamız çıxa biləcək.

Artıq öz futbolçularımızı yetişdirib oynatmağın vaxtı çatıb. Yaxşı olardı ki, milliləşdirilmiş oyunçulara deyil, vətənimizin uşaqlarına güvənək. Onsuz da nəticə qazana bilmirdik. Artıq vaxt çatıb və şansı öz futbolçularımıza verməliyik. Fikrimcə, Eddi Silvestr Paskual İsrafilov Azərbaycan millisinə lazım deyil. Onun milliyə dəvət edilməsi böyük sualdır. Milli formanı ona verən insanlar cavab versin.

Dmitri Nazarovun isə yığmaya köməyi dəyib. Ancaq millini bu gün çətin vəziyyətdə atıb gəlməməyi insanlara pis təsir edib. Şəxsən mən də onların hərəkətindən narazıyam. Nazarov yığmanın əsas üzvlərindən sayılır. Amma İsrafilov lazımsız futbolçudur. Onu oynadığı klublar da heyətdə saxlamaq istəmir. Eddi Silvestr naz edir, biz də onun nazı ilə oynayırıq”. (Sportal.az)

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X