12:14 05.09.2020 972

50-ci qələbəyə doğru

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Millətlər Liqasının 2020/21 mövsümünün I turunun Lüksemburqla matçı milli komandanın tarixində 257-ci qarşılaşma olacaq.

İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 256 matça çıxıb. Hesabında 49 qələbə, 69 heç-heçə olan yığma 138 dəfə uduzub. 

Komandamız Bakı Olimpiya Stadionunda xal qazansa, ya qələbə, ya heç-heçə sayında yubileyə imza atacaq. Belə ki, 50-ci qələbə və ya 70-ci heç-heçənin şahidi ola bilərik. Bu müddətdə 192 qol vuran futbolçularımız 432 top buraxıb.

Lüksemburqla qarşılaşma rəsmi turnirlərdə 133-cü matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 132 oyuna çıxan komanda 15 qələbə qazanıb, 27 heç-heçə edib və 90 dəfə uduzub. Rəqib qapılarına 77 qol vuran futbolçularımız 275-ni buraxıb.

Millətlər Liqasında 7-ci dəfə meydana çıxacaq yığma indiyədək 2 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Milli 7 qol vurub, 6-nı buraxıb.

Lüksemburqla qarşılaşma həm də iki ilklə əlamərdardır. Koronavirus pandemiyası üzündən uzun müddət meydana çıxmayan yığma 2020-ci ildə ilk sınaq qarşısındadır.

Baş məşqçi Canni de Byazi millimizi ilk dəfə oyuna çıxaracaq. İtaliyalı mütəxəssis yığmamızı ən azı bir matça çıxaran 17-ci mütəxəssis olacaq. Ona qədər müvəqqəti bu vəzifəni icra edənlər də nəzərə alınmaqla 16 baş məşqçi yığmanın "sükanı arxası”nda olub. Debütü rəsmiləşəcək de Byazi yığmada 6-cı legioner və ilk italiyalı çalışdırıcı kimi tarixə düşəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Azərbaycan – Lüksemburq matçı saat 20:00-da başlayacaq. (Apasport.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X