UEFA Millətlər Liqasında millimizin rəqiblərindən olan Kipr yığması itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın müdafiəçisi Nikolas İoannu yığmanın bu gün keçiriləcək Monteneqro ilə matçında iştirak edə bilməyəcək.
25 yaşlı futbolçu baş məşqçi Yohan Valemə şəxsi səbəblərdən özünü oynamağa hazır hiss etmədiyini söyləyib.
Ona görə də Nikolasın adı heyətdən çıxarılıb.
Qeyd edək ki, bu gün Monteneqro ilə üz-üzə gələcək Kipr seçməsi sentyabrın 8-də Azərbaycanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Fanat.Az