17:30 06.09.2020 2880

Tanınmış simalardan milli komandaya tənqid: "Çox utandım"

Ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının ilk turunda Lüksemburq yığmasına 1:2  hesabı ilə məğlub olub. Komandamızın oyunu bütün ölkə ictimaiyyətinin narazlığına səbəb olub. Hər kəs milli üzvlərini tənqid edir, etirazını bildirir.

Fanat.Az ictimaiyyətin tanınmış nümayəndələrinin oyunla fikirlərini öyərinib:

Fazil Mustafa (Millət vəkili): "Dünənki oyun həmişəki kimi oldu. İndinin və gələcəyin oyununu görmədik".

Xəzər Süleymanlı (Şair, qiraətçi): "Düşünürəm ki, artıq bu mövzuda zarafatyana, lağ-lağa və məsxərə dolu fikirləri bir kənara qoymalı, ciddi şəkildə AFFA-ya və məsul şəxslərə etiraz etməliyik. Bəs deyilmi bunca biabırçılıq? İmtina edin bütün yarışlardan. Millini ləğv edin. O ayağı top tutmayanlara ayrılan pulları Qarabağda ayağını top mərmisi aparan oğullara, şəhid ailələrinə verin. Və ya olduqca savadlı gənclərin xaricdə təhsilinin maliyyə tərəflərini həll edib, cəmiyyətə, ölkəyə xeyirli kadrlar yetişdirin. 2018-ci ildə Kosovaya 0:4 məğlubiyyətdən sonra AFFA adlı qurum qalmamalı, bütün rəhbər vəzifədə oturanlar istefa verməli idi. Nə baş verməlidi ki, istefa verməyə səbəb olsun? Analoqu olmayan inkişaf budurmu?"

Kamran Ağabalayev (Aktyor): "Əslində heç təəccüblənmədim. 2017-ci ildə Fransanın Lüksemburqla oyunda xal itirməyi düşdü yadıma və yanılmamışam demək (gülür)... Keçəl il Serbiya ilə oyunlar da göstərdi ki, Lüksemburq millisi zəif komanda deyil. Ümumiyyətlə, artıq zəif milli yoxdu. Oyuna gəlincə, De Byazinin işi çoxdu!"

Razi Nurullayev (Millət vəkili): "Nəticənin bu şəkildə olmasına üzüldüm. Deməyə söz tapmıram. Çox utandım. Əgər biz adlı-sanlı bir komandaya biabırçı şəkildə uduzsaydıq, dərd yarıydı. Azərbaycanın milli komandası hər zaman bizi məyus edib. Alınmır. Yəqin hər şeyi söküb, dağıdıb sıfırdan başlamaq gərəkdi".

Müşfiq Xan (Yazıçı): "Futbola baxmıram. Məncə, millimiz də maraqlanmasın".
 


Mehman Muradlı (Vəkil): "Şərh ediləsi bir şey yoxdu. Yeganə yol əməkhaqqılarını azaltmaqdı. Gedib xarici klubda oynasınlar. Yoxsa burada 50 min maaş alırlar və fikirləşirlər ki, evimin içində bu qədər pul alıram".

Reşat Kəsəmənli (Aktyor, şair): "Adı üstündə "möhtəşəm" oyun. Biabırçılıqdı. Bu oyun onu göstərdi ki, Azərbaycanda futbol əməlli-başlı inkişafdan dayanıb. Camaat deyə bilər ki, bizdə futbol nə vaxt inkişaf edib ki? Olub, futbolun inkişaf etdiyi dövr olub. Sövet dönəmində Azərbaycanın "Neftçi", "Dinamo" (Kirovabad), "Göyəzən" (Qazax) kimi normal klubları, normal futbolu vardı və inkişaf da gedirdi. Bu indiki nədi? Bərbad bir şeydi. Hansısa bir mövsüm yüngülvari normal oyun göstərirlərsə, bununla da Azərbaycanda yaxşı futbol, inkişaf var deyirlər. İnkişaf - filan etmir. Bərbad günə qalıb, belə bərbad halda da gedəcək. Vəssalam. Nə deyim vallah, Lüksemburqla da bu vəziyyətdə oynayırlarsa, daha futbolun başını buraxsınlar və futbola pul qoyulmasın. 

Futbolçular çox gözəl məvacib alırlar. Başqa sahələrdə elə insanlar var ki, həqiqətən işinin mütəxəssisidi, ama o pulu ala bilmirlər. Bunlar isə öz işlərində mütəxəssis deyillər, insanların əsəblərini korlamaqdan başqa bir şey etmirlər, amma bunun qarşılığında da normal məvacib alırlar. Təklif edərdim ki, meydanda göstərdikləri oyuna, nəticəyə görə məvacib alsınlar. Vəssalam. Oynaya bilmirlərsə, maaşları da oynaya bilməməklərinə uyğun olsun. Niyə belə edirlər axı? Bu məsələni hər dəfə demişəm, bir daha da təkrarlayıram, bölgələrimizdə futbolu inkişaf elətdirmək lazımdı. O qədər futbolsuz qalmış bölgələrimiz var və oralardan nə qədər uşaqlar çıxar. Futbolda sadəcə Bakıdan ibarət deyil". 

Oğuz Ayvaz (Şair): "Millimiz çox qorxaq futbol oyandı. Sanki ev sahibi deyil, səfərdə oynayırmış təsuratı bağışladı. Çoxları deyə bilər ki, pandemiya, karantin, hələ hazır deyilik və s. O zaman Lüksemburq niyə hazır idi? Məgər onlar dünya çempionatından gəlirdilər? Komandada milli ruh, əzmkarlıq yenə də gözə çarpmadı. Həqiqətəndə Azərbaycan futbolunu izləmək vaxt itkisi, futboldan iyrənməkdi. Nə vaxta qədər bu davam edəcək?"

Röya Kərimli
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X