Milli komandaların FİFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, millətlər Liqasında keçirdiyi iki matç millimizin cədvəldəki mövqeyinə də təsir edib. Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazini yetirmələri 1179 xalla dünyanın 112-ci komandasıdır.
Bu mövqeni Nigerlə bölüşən yığmamız ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib.
Siyahının 1-ci pilləsində 1773 xala malik Belçika qərarlaşıb.
Fanat.Az