ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Milli Futbol Liqasında (USL) 2020 mövsümünün ən yaxşı oyunçuları siyahısına düşüb.
Fanat.Az USL-in rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun adı mövsümün ikinci rəmzi komandasına salınıb.
29 yaşlı Rüfət bu mövsüm 11 qol, 4 məhsuldar ötürmə ilə diqqət çəkib. Forvard çempionat ərzində 72,4 faiz dəqiq ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Finiks Rayzinq" USL-də B Liqasının qalibi olub.
Fanat.Az