"İstədiyimiz nəticəni qazandıq”.
Fanat.Az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.
Xorvatiyanın Zapreşiç şəhərində millimizin qonağı olan monteneqrolular qolsuz bərabərlik sayəsində xallarının sayını 10-a çatdırıb və son tur öncəsi qrupda 1-ci pilləyə yüksəlib.
Oyunsonrası mətbuat konfransında 63 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.
Fanat.Az