"Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır".
Fanat.Az xəbər verir ki, bu fikirləri Lüksemburq yığmasının futbolçusu Lars Gerson UEFA Millətlər Liqasının VI turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.
30 yaşlı müdafiəçi "wort.lu" saytına açıqlamasında Canni De Byazinin başçılıq etdiyi komandanın son 2 matçda qol buraxmadığını xatırladıb: "Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq".
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.