Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu öncəsi Albaniya seçməsi barədə səsləndirdiyi fikirlər yerli publikanın xoşuna gəlməyib.
"Panoramasport" nəşri xəbər verir ki, albaniyalı azarkeşlər italiyalı mütəxəssisin açıqlamasını təəccüblə qarşılayıblar.
63 yaşlı baş məşqçi mətbuat konfransında "Futbolçulara anlatdım ki, mən onlardan daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazanmışam" deyib. Albaniyalı tərəfdarların De Byazinin fikirlərinə reaksiyası birmənalı olmayıb.
Qeyd edək ki, Canni De Byazi 2011 - 2017-ci illərdə Albaniya millisinə başçılıq edib. (Report.az)

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol