Azərbaycan millisi tarixində ilk dəfə İrlandiya yığması ilə oynayacaq.
Fanat.Az-ın məlumatına görə, DÇ 2022-nin seçmə mərhələsində yer aldığımız A qrupuna düşən irlandlarla nə rəsmi matçlarda, nə də yoxlama görüşlərində qarşılaşmışıq.
Azərbaycanın UEFA-nın üzvü olan 54 rəqib arasında heç vaxt üz-üzə gəlmədiyi 4 ölkə qalıb - Ermənistan, Cəbəllütariq, Niderland və Şotlandiya.
İrlandiya Avropada yığma üçün 51-ci rəqib olacaq.
Fanat.Az