Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi FIFA reytinqində yüksəlib.
Fanat.Az xəbər verir ki, avqustdakı cədvəldə 1321 xalla dünyanın 76-cısı olan yığmamız Polşa və Çexiya ilə oyunlarda hərəsindən 3 cavabsız qol buraxsa da, 4 pillə irəliləyib.
Komandamız hazırda gücünə görə 1319 xalla dünyanın 72-ci ölkəsi sayılır. Yüksəlişə səbəb isə Azərbaycandan yuxarıda olan KXDR (Şimali Koreya), İordaniya, Peru, İran və Ekvatorial Qvineya kimi millilərin 18 ay ərzində oyun keçirməməsinə görə cədvəldən çıxarılmasıdı.