Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge” də növbəti görüşünə çıxıb.
Aue təmsilçisi səfərdə "Nürnberq”lə qarşılaşıb. Milliləşdirilmiş yığma üzvünün komandası uduzub - 0:1.
Matça ehtiya oyunçular skamyasında başlayan Nazarov 74-cü dəqiqədə meydana çıxıb, 77-də isə sarı vərəqə alıb.
13 tura 19 xala toplayan "Ersgebirge” turnir cədvəlində 18 kollektiv arasında 6-cı pillədə mövqe tutub.
Fanat.Az