Dmitri Kramarenko Rusiyanın tanınmış klubunun hədəfində
Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiyada çalışa bilər.
Fanat.Az "Championat” nəşrinə istinadən xəbər verir ki, ÇSKA klubu onu komandaya cəlb etmək istəyir.
48 yaşlı mütəxəssisin Mosvka klubunda qapıçılar üzrə məşqçi olmağa əsas namizəd olduğu bildirilib.
Qeyd edək ki, millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl "Neftçi” və "Qəbələ”də də məşqçi kimi çalışıb.
Fanat.Az