Çili millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma uruqvaylı mütəxəssis Martin Lasarteyə tapşırılıb. 60 yaşlı baş məşqçi ilə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. Milli komanda final mərhələsinə vəsiqə qazansa, baş məşqçi ilə sözləşmənin müddəti avtomatik olaraq uzadılacaq.
Martin Lasarte bu vəzifədə Reynaldo Ruedanı əvəzləyib.
Qeyd edək ki, Martin Lasarte son olaraq Misirin "Əl-Əhli" klubunu çalışdırıb. O, karyerası ərzində Uruqvat, BƏƏ, Kolumbiya, İspaniya və Çilinin müxtəlif klublarına rəhbərlik edib.