Niderland 2-ci liqasında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Maastrixt”lə üz-üzə gəlib və 0:2 hesabıyla yenilib.
Ozan Can start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Müqavilə ilə "Sabah”a məxsus olan Kökçü "Telstar”da icarə əsasında çıxış edir.
"Telstar” 2-ci liqada 26 turdan sonra 34 xalla 9-cu sıradadır.