Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi TMW radiosuna açıqlama verib.
Fanat.Az xəbər verir ki, 65 yaşlı mütəxəssis martın 24-də səfərdə Portuqaliya ilə oynayacaqları DÇ-2022-nin seçmə mərhələsinin oyunu ilə bağlı danışıb. De Byazi rəqibin matça rahat çıxacağını ümid etdiyini bildirib:
"Tezliklə Portuqaliya ilə vacib oyunumuz var. Əsas problem odu ki, rəqib bizim onları udacağımızı bilmir. Ümid edirəm ki, bizimlə matça rahat çıxacaqlar".
Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" klubuna məxsus stadionda keçiriləcək Portuqaliya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.