Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçuların – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "İnqulets”ə yenilib - 0:1.
Anatoli start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 68-ci dəqiqədə forma şansı qazanıb.
Ehtiyatda 1 oyunu olan "Minay” 18 turdan sonra 13 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.