Martın 14-dən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.
Fanat.Az xəbər verir ki, toplanış ərzində millimiz 3 yoxlama oyunu keçirəcək. Milan Obradoviçin komandası martın 20-də "Qarabağ"la, 27-də, "Qaradağ Lökbatan"la, iki gün sonra isə "Qəbələ" ilə qüvvəsini sınayacaq. Görüşlərin başlama saatı da məlumdu:
20 mart, saat 17:00
"Qarabağ” – Azərbaycan U-21
27 mart, saat 16:00
Azərbaycan U-21 – "Qaradağ Lökbatan”
29 mart, saat 16:00
Azərbaycan U-21 – "Qəbələ”
Fanat.Az