"Neftçi"nin bu günlərdə heyətinə qatdığı Keysuke Honda Kamboca Futbol Federasiyası ilə müqavilə imzalayacaq.
Fanat.Az "Sport Cambodia" saytına istinadən xəbər verir ki, futbolçu və federasiya artıq yeni anlaşmanı razılaşdırıb. Müqaviləyə əsasən yapon ulduz daha iki il Kamboca millisinə rəhbərlik edəcək. 35 yaşlı yarımmüdafiəçi eyni zamanda ölkənin U-23 millisinə də başçılıq edir.
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.