Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız I Divizion təmsilçisi "Qaradağ Lökbatan”la üz-üzə əlib.
Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, U-21 əvvəlki yoxlama oyunlarında "Qarabağ”a 4:2 hesabıyla qalib gəlsə də, "Neftçi”yə 1:3 hesabıyla uduzmuşdu.
Xatırladaq ki, millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi "Qəbələ”yə qarşı keçirəcək.