Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin formasını geyindiyi "Minay" da növbəti matçına şıxıb.
Nuriyevin komandası "Kolos"u qəbul edib. Oyun qolsuz bərabərliklə bitib.
Millimizin "7 nömrə"si start "11-lik"də yer alıb və sonadək mübarizə aparıb. O, 69-cu dəqiqədə "sarı" alıb.
Hazırda 15 xala malik "Minay" turnir cədvəlində 13-cü - axırıncı yerdən öndəki pillədə qərarlaşıb.