Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan oyunu CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Aprelin 8-də Levice İdman Sarayında keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.