Futbol üzrə Azərbaycan milli komandasının Moldova ilə keçirəcəyi yoxlama matçına azarkeşlər buraxıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.
Xəbərə görə, Kişineu bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.
Yerli federasiya "Şerif" və "Sfıntul George" komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova - Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda baş tutacaq. Ölkə kubokunun finalı mayın 30-də eyni arenada gerçəkləşəcək.
Fanat.Az