Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, turnirdəki son oyununda futbolçularımız Özbəkistan yığması ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Milan Obradoviçin komandası ilk matçda meydan sahibləri Ukraynanı 1:0 hesablı məğlubiyyətə uğradıb.
Fanat.Az