Azərbaycanı yoldaşlıq görüşündə 1:0 hesabıyla yenən Moldova millisi "qara zolaq"dan çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamızın qapısına 8-ci dəqiqədə vurduğu qolla zəfər sevinci yaşayan meydan sahibləri 20 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Son dəfə 2 il öncə - AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Andorranı 1:0 hesabıyla məğlub edə bilən Moldova ardından 17 yenilgi və 3 bərabərliklə qələbəyə həsrət qalmışdı.
Atilla