ABŞ-ın USL liqasında 7-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "San Dieqo Loyal” ilə qarşılaşıb. "Finiks Rayzinq” bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Start heyətdə yer alan Dadaşov 61-ci dəqiqədə əvəzlənib.
6 oyuna 13 xal toplayan "Finiks Rayzinq” hazırda turnir cədvəlinin lideridir.
Fanat.Az