00:17 07.06.2021 1024

Yakub Jezniçak: "Emreli "Legiya"nın oyun üslubuna uyğundur"

"Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak keçmiş komanda yoldaşı Mahir Emrelinin Polşanın "Legiya” klubuna transferini dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, polşalı futbolçu ölkəsinin mətbuatına müsahibəsində bu transferin faydalı olacağına əminliyini vurğulayıb:
 
- "Qarabağ”da birgə oynadığınız Mahir Emreli "Legiya”ya transfer olunur. Bu, paytaxt klubu üçün yaxşı bir transferdir?
- Məncə, çox yaxşı transferdir. Birincisi, Mahir gənc futbolçudur. İkincisi, onun "Legiya”nın oyun üslubuna uyğun futbolçu olduğunu düşünürəm. Çünki "Qarabağ” da Varşava komandası kimi oynayır. Elə onlar da öz liqalarında "Legiya” kimi hegemonluğa malikdir. Düşünürəm ki, dərhal heyətə düşə biləcək və komandanın oyun fəlsəfəsini dərk edəcək bir oyunçudur. "Legiya”ya başqa klublardan və liqalardan gələn oyunçular çox olub. Amma onların əksəri fərqli bir sistemdə hazırlıq keçiblər, oynayıblar. Mahirdə isə belə problem olmayacaq, o, "Legiya”nın oyun üslubuna tez uyğunlaşacaq. Üstəlik, çox güclüdür, sürətlidir, çox yaxşı texnikası və sol ayağı var.
 
- Onun Azərbaycanın ən yaxşı futbolçusu olduğunu qeyd etdiniz. Polşa çempionatının da ən yaxşı hücumçusu olacağına dair bir açıqlama verə bilərsən? "Qarabağ” əvvəlki mövsümdə "Legiya”ya 3:0 qalib gəlmişdi...
- Fikrimcə, bu cür müzakirələrin mənası yoxdur. Mahir "Legiya”da öz keyfiyyətini ortaya qoymalı və qollar vurmalıdır. Emrelinin böyük potensialı var. Mən onun özü ilə də danışmışam. Mahir "Legiya”ya Avropa futbolunun bir dayanacağı kimi baxır. Onun bu cür düşünməsi çox xoşuma gəlir.
 
- Onun ən böyük üstünlükləri nələrdir?
- Sol ayaqla zərbələri. Topu onun ayağına düşən kimi tez qapıya zərbə vurmağa çalışır. Və bu zərbələri çox güclüdür. Texnikası da yaxşıdır, rəqiblərindən sıyrılmağı bacarır. Lakin ən böyük üstünlüyü solaxay olması və güclü zərbələridir.
 
- Bəs çatışmazlıqları?
- Hava toplarında və uzun ötürmələrdə bir az problemlər yaşa bilir. Amma bu, mənim "Qarabağ”da oynadığım dövrdə belə idi. Mən oradan ayrılandan sonra komandanın çıxışını izləməmişəm. Hazırda dediyim məqamları düzəldibsə, deməli, heç bir çatışmazlıq yoxdur.
 
- Kombinasiyalı oyuna daha çox yararlıdır, yoxsa əks-hücumlarda?
- Hər iki taktikaya da uyğun gəldiyini düşünürəm. Sürətlidir, açıq sahəyə qaça bilər, amma eyni zamanda kombinasiyalı oyuna da uyğundur. "Qarabağ” özünü Varşavada necə təqdim etmişdisə, komanda şəklində oynamışdısa, öz çempionatlarında da elə çıxış edir. Mahir də texniki cəhətdən yaxşı bir oyunçudur.
 
- O, həm də sizin yaxın dostunuzdur. Xaraktercə necədir?
- İnsanlara çox açıqdır. Azərbaycanda elə bir mədəniyyət var ki, bu insanlar görüşməyi və birlikdə vaxt keçirməyi çox sevirlər. Gənc ikən Fransanın "Lans” klubunun akademiyasında təhsil alıb. O bir müsəlmandır, amma dinə görə narahat olmaz. Özünü kollektivdə asanlıqla tapa bilər. Komandada həm azərbaycanlılarla, həm də legionerlərlə çox yaxşı münasibətləri vardı. Zarafat etməyi bacarır. İngilis dilində çox danışır. Rusca, türkcə də danışa bilir. Fransızca da ünsiyyət qurur, amma "Qarabağ”da bu dildə danışacaq bir adam yox idi. Polşa dilini də tez öyrənə biləcəyinə inanıram. Bildiyimiz kimi, rus dili polyak dilinə bənzəyir. Azərbaycanda oynadığım zaman rus dilində problemim olmadı. Mahirin də Polşada çox şeyi anlayacağını düşünürəm.
 
- Həmyerliləri onu burada isti qarşıladılar. Mahir Azərbaycanda çox bəyənilir, yoxsa azərbaycanlıların xasiyyəti belədir ki, tanıdıqları hər adamı belə qarşılayırlar?
- Hər iki amilin olduğunu düşünürəm. Bu, məni təəccübləndirmir. Çünki Polşada bir neçə azərbaycanlı ilə tanış olmuşam. Sosial şəbəkələrdə onlarla yazışıram, görüşürəm. Azərbaycanlılar çox istiqanlı, tanıdıqları ilə yaxından maraqlanan insanlardır. Digər tərəfdən, Mahir orada ulduz idi və çox populyar bir futbolçudur. O da hamı ilə çox tez əlaqə qurur. Mən Azərbaycana gələndə bir neçə gündən sonra tanış olduq. O və İbrahim Şehiç iki ildə ən yaxşı dostlarıma çevrildi. Xatırlayıram ki, Mahir həmişə çox iddialı idi və uduzanda, zəif matçlar keçirəndə məyus olurdu. Onun "Legiya”da heç bir probleminin olmayacağına inanıram. Bu komandaya tez və asan uyğunlaşacağını düşünürəm.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X