17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstan hazırlığı çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yerli U-17 ilə qarşılaşan millimiz 1:2 hesabı ilə yenilib. Təmsilçimizin qolunu 68-ci dəqiqədə Musa Məmmədov vurub.
Xatırladaq ki, tərəflərin iyunun 5-də keçirilən ilk duelində də bizimkilər məğlub olmuşdu - 1:2.
Fanat.Az