Amerika Kubokunun açılış matçında Braziliya ilə qarşılaşacaq Venesuela millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Renato Souza özünün "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, yığmanın 7 nümayəndəsində COVID-19 testinin nəticəsi müsbət çıxıb.
İnfeksiyaya yoluxan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar.
Qeyd edək ki, qarşılaşma iyununda 14-də oynanılmalıdır. Turnir Braziliyada təşkil olunacaq.