Argentina xal itirdi, Messi Batistutanı keçdi - VİDEO
Amerika Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi turnirdə A qrupunda ilk turun oyunları keçirilib.
Argentina birinci turda Çili ilə qarşılaşıb və 1:1 hesablı heç-heçəyə razılaşıb. Argentina yığmasının hücumçusu, Lionel Messi cərimə zəribəsində fərqlənib. Bu, Messinin karyerası ərzində Argentina yığmasının heyətindəki rəsmi matçlarda 39-cu qol olub. Hücumçu bu göstərici üzrə əfsanəvi Qabriel Batistutanı (38 qol) keçməyi bacarıb.
Digər oyunda isə Paraqvay Boliviyaya qalib gəlib - 3:1.