Avstriyada təlim-məşq toplanışında olan Polşanın "Legiya” klubu bu gün sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin komandası yerli "Bişofshofen”lə üz-üzə gəlib.
Polşa çempionu rəqibini 5:0 hesabıyla darmadağın edib.
Start "11-lik"də meydana çıxan Mahir het-triklə yadda qalıb. O, 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.
Atilla