Fanat.Az xəbər verir ki, B qrupunda Braziliya millisi Ekvadorla qarşılaşıb. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Braziliyanın qoluna 37-ci dəqiqədə Eder Militao imza atıb. Ekvadordan Angel Mena 53-cü dəqiqədə tarazlığı bərpa edib.
Qrupun digər matçında Peru Venesuellaya qalib gəlib - 1:0. Yeganə qola 48-ci dəqiqədə Andre Karrilyo imza atıb.
Bununla da B qrupunda mübarizə yekunlaşıb. İlk 4 pilləni tutan Braziliya (10 xal), Peru (7), Kolumbiya (4) və Ekvador (3) qrupdan çıxıb. Venesuella isə 2 xalla mübarizəyə yekun vurub.