Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" Avstriya toplanışından qayıdandan sonra Çempionlar Liqasının hazırlıqlarına start verib.
Fanat.Az Legia.net-ə istinadən xəbər verir ki, ÇL-dəki ilk oyununu Norveçin "Bude-Qlimtu" komandasına qarşı keçirəcək Varşava təmsilçisi bu matça qədər daha iki yoxlama görüşünə çıxacaq.
İyunun sabah yerli "Lexiya" ilə qarşılaşacaq kollektiv iyulun 3-də daha bir Polşa klubu - "Yagelloniya" ilə üz-üzə gələcək. Hər iki görüş azarkeşlər və mətbuat üçün qapalı olacaq.
Qeyd edək ki, "Qarabağ"da Mahirin komanda yoldaşı olmuş Dani Kintana bu yaxınlarda Çinin "Çendu Sinçen" klubundan əvvəllər də oynadığı "Yagelloniya"ya qayıdıb.
Atilla