Millimizin müdafiəçisi Anton Krivotsyukun formasının geyindiyi Plotsk "Visla"sı bu gün yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Polşa təmsilçisinin rəqibi Kiprin "Aris Limassol" klubu olub.
Oyun polşalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 36-cı dəqiqəsində Patrik Tuşinski vurub.
Yığmamızın ukraynalı üzvü start "11-lik"də meydana çıxıb və sonadək mübarizə aparıb.
Nihat