İyulun 19-dan k Bakıda təlim-məşq toplanışı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ayın 24-də yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, yeniyetmələr "Səbail-2” ilə qüvvəsini sınayacaq. Oyun "Dalğa Arena”da baş tutacaq və saat 18:00-da start götürəcək. Qeyd edək ki, U-17-nin toplanışı iyulun 31-dək davam edəcək.
Yeri gəlmişkən, "Səbail-2”nin məşqçilər korpusunda yeni təyinat olub. Ötən mövsüm klubun 2007-ci il təvəllüdlülərində məşqçi kimi çalışan Xanlar Əliyev bundan sonra əvəzedicilərin baş məşqçisi Ruslan Qafitullinə yardım edəcək.