Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi Zaqreb "Dinamo"sunu qəbul edib.
"Legiya" 0:1 hesabıyla uduzub və ÇL-lə vidalaşıb.
Oyuna "start 11-lik"də başlayan Emreli 56-cı dəqiqədə əvəzlənib.
23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1
Qol: Bartol Franyiç, 20
Nihat