Polşa Ekstraklasasında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya"da növbəti matçına çıxıb.
Varşava təmsilçisi "Varta"nın qonağı olub. Poznan şəhərində reallaşan görüş "Legiya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir start "11-lik"də yer almayıb. 75-ci dəqiqədə forma şansı qazanan "11 nömrə" qollardan birinin müəllifini - Rafa Lopesi əvəzləyib. Həmyerlimiz meydana çıxandan sonra hesabda dəyişiklik olmayıb.
Nihat