Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların – Rüstəm Əhmədzadə və Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Veres”ə 0:1 hesabı ilə uduzub.
Eldar bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Rüstəm isə 57-ci dəqiqədə meydana buraxılıb. O, 66-cı dəqiqədə hesabı bərabərləşdirmək üçün əla şans qazanıb. Lakin millimizin üzvü özü qazandığı penaltidən yararlana bilməyib. Rəqib qolkiper onun zərbəsini dəf edib.
5 tura 4 xal toplayan “Minay” çempionatın turnir cədvəlində 16 iştirakçı arasında 11-ci pillədə yer alıb.