21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunun başlanma saatı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komandanın oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya ilə ev oyunları saat 20:30-da başlayacaq.
Hər iki oyun Sumqayıtdakı “Kapital Bank Arena”da gerçəkləşəcək.