Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Biancocelesti" telekanalına açıqlamasında yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki şansları dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı çalışdırıcı seçməmizin final mərhələsinə vəsiqə qazanmaq şansının olmadığını bildirib:
"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".
Qeyd edək ki, A qrupunda yer alan və 2 oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu sırada qərarlaşıb.