DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Lüksemburq - Azərbaycan matçının hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimizin səfər qarşılaşmasının baş hakimi Bosniya və Herseqovinadan İrfan Peljto olacaq.
Ona yan xətt hakimləri Senad İbrisimbegoviç və Davor Beljo köməklik göstərəcək. Dördüncü hakim Admir Şehoviç olacaq.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu sentyabrın 1-də baş tutacaq.