17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmaya daha bir oyunçu cəlb edilib.
“Qarabağ” klubunun üzvü İlkin Cəfərli komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 sentyabrın 3-də və 6-da Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək.