17 yaşadək futbolçulardan ibarət yığmamız sentyabrın 3-də və 6-da Türkiyədən olan həmyaşıdları ilə iki görüş keçirəcək.
Fanat.Az xəbər verir ki, oyunların vaxtı və yeri məlumdur.
Hər iki matç eyni məkanda baş tutacaq və eyni saatda keçiriləcək. Belə ki, 17 yaşlılar "Dalğa Arena"da üz-üzə gələcəklər. Oyunlar saat 19:00-da start götürəcək.
Bu arada Türkiyə millisinin qarşıdakı oyunlar üçün heyəti də məlum olub. Dünən axşam saatlarında Bakıya təşrif buyuran qardaş ölkə komandasının baş məşqçisi Soykan Başar 27 nəfərlik heyətdə Almaniya, Avstriya və Hollandiyada çıxış edən legionerlərə də yer verib:
Qapıçılar: Mert Furkan Bayram (Altınordu), Deniz Dilmen (Başakşehir), Arif Şimşir (Altınordu)
Müdafiəçilər: Arda Kırğıl (Altınordu), Efe Arda Koyuncu (Başakşehir), Muhammet Eren Arıkan (Kayserispor), Hasan Berat Kayalı (Altınordu), Semih Kara ("Ştutqart", Almaniya), Batuhan Peker (LASK, Avstriya), İzzet Ali Erdal ("Maynts", Almaniya), Ali Turap Bülbül (Qalatasaray)
Yarımmüdafiəçilər: Melih Sağlam (Bursaspor), Mevlüt Emir Gürlek (Antalyaspor), Emirhan Kayar (Qalatasaray), Emirhan Acar ("AKA Tirol", Avstriya), Furkan Yöntem (Altınordu), Muhammet Ali Özbaskıcı (Samsunspor), Muhammet Zişan Turan (Altınordu), Kenan Yıldız ("Bayern Münhen", Almaniya), Arda Güler (Fənərbağça), Salih Malkoçoğlu (Trabzonspor), Emir Bars (PSV, Hollandiya)
Hücumçular: Mehmet Bilgin (Bursaspor), Batuhan Çelik (Başakşehir), Semih Kılıçsoy (Beşiktaş), Can Yılmaz Uzun ("Nürnberq", Almaniya), Timuçin Yüksel ("Karlsruher", Almaniya).
Mirağa