Millimizin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü fransız referi Jerom Brisara idarə edəcək.
Ona həmyerliləri Benjamin Peyc və Kristof Fincin kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lesaj yerinə yetirəcək.
Var sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.