Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız Türkiyə yığması ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan görüş millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. U-17-nin yeganə qolunu İbrahim İbrahimli vurub.
Sentyabrın 6-da bu komandalar arasında daha bir oyun keçiriləcək.